Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlama aparır

ELAZ.İNFO bildirir ki, artıq bu gün rəsmi olaraq Azərbaycan Respublikasının Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlamalara başlayıb.

Yoxlamaların nədən və hansı səbəblərdən qaynaqlandığını konkret olaraq deyə bilmərik. Amma buna səbəb kimi son vaxtlar Mədəniyyət Nazirliyinin ünvanına səsləndirən tənə və tənqidlərin olduğu qənaətindəyik.

Məlumat üçün bildirək ki, son günlər Mədəniyyət Nazirliyində baş verən neqativ hadisələr ölkə mətbuatının gündəmində əsas yer tutur. Mədəniyyət Nazirliyində çalışan ünvanlı əməkdaşların qeyr-qanuni əməlləri ilə bağlı söz-söhbətlər səngimək bilmir.

Nazirliyin yarıtmaz fəaliyyətindən narazı qalan mədəniyyət və incəsənət adamları hiddətlərini KİV-dən və sosial şəbəkələri vasitəsilə cəmiyyətə çatdırır.

o da dəqiqdir ki, artıq bu gün Azərbaycan Respublikasının Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlamalara start verib.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights