ELAZ.İNFO xəbər verir ki, ABŞ-İsrail cütlüyünün 3-4 aprel əməliyyatı- məlumat artdıqca, 1980-ci ilin “Qartal caynağı” əməliyyatına daha çox oxşamağa başlayır.
Əməliyyatda nə qədər təyyarə və helikopterin və nə qədər xüsusi təyinatlının iştirak etdiyi hələlik məlum deyil. Belə görünür ki, bu əməliyyat F-15E pilotunun xilas edilməsi ilə deyil, zənginləşdirilmiş uranın ələ keçirilməsi ilə bağlı olub. Həmin günlərdə vurulan bütün texnika bu əməliyyatda iştirak edib.
Əməliyyat Əl-Udeyd (Qətər) və Əl-Dafra (BƏƏ) aviabazalarından başlayıb, başqa Körfəz və qeyri-Körfəz ölkələrinin aviabazaları köməkçi rol oynayıblar. Bu bazalardan bir HC-130J Combat King II və bir MC-130J Commando II təyyarəsi gecə vaxtı uçaraq, İran ərazisinə girib və İsfahandan düz xətt üzrə ~75 km cənubda yerləşən Şəhrəza şəhərindən ~20 km şimalda atılmış k/t aerodromuna eniblər.
Asif ŞƏFƏQQƏTOV