Həmidrza Hacı Babai dini liderin əleyhinə çıxır. 43 gündür ki, İranın dini lideri üzə çıxmır. Halbuki Müctəba Xamenei İranı bu müharibədə ABŞ-ni “məğlub” etdiyini bildirib. Qalib ölkənin lideri niyə gizlənir, kimdən gizlənir bu başqa mövzudur.
ELAZ.İNFO xəbər verir ki, politoloq Ədalət Verdiyev yazır ki, “ABŞ ilə başa çatan uğursuz danışıqlardan sonra İran parlamentinin sədr müavini Həmidrza Hacı Babai “İranı 4 super güc dövlətdən biri” adlandirib.
Əslində isə Həmidrza çox böyük təvazökarlıq edib, eyni zamanda dini liderin əleyhinə çıxış edib. Çünki son 30 ildən bu müharibəyə qədər ABŞ dünyanın 1-ci super güc dovləti idi, indi isə İran ABŞ – ni məğlub edib. Deməli Həmidrza rahatlıqla “İran dünyanın 1-ci super güc dövlətidir” deyə bəyan edə bilər. Hətta Vaşinqtonda İran bayrağının dalğalanmasına və Trampın bütün Pentaqon generalları ilə birlikdə əsir götürülməsinə dair bir neçə dənə klip də çəkdirə bilər”.
Ədalət Verdiyev vurğulayır ki, “Qəzaya uğrayan Prezidentinin cəsədini tapa bilməyən, hərbi-siyasi rəhbərliyi kütləvi səkildə öldürülən, ölkəsi darmadağın olan, əhalisi pərişan, itkiləri 200 milyard dolları keçən, ordusu qorxu içində düşmənin raket zərbəsini gözləyən, ərazisi üzərində düşmən təyyarələri oyun çıxaran, düşmən pilotu bir milyonluq ordu ilə ərazisində tapa bilməyən, islam olkəsi olaraq ətrafındakı bütün müsəlman dövlətlərinə atəş açan ölkənin adi “super güc” ifadəsi ilə birgə çəkilməsi gülüncdür”.
Politoloq qeyd edir ki, “Həmidrza yaza bilərdi ki, İran əlində qalan vasitələrilə işğalçılara qarşı mübarizəsini əzmkarlıqla davam etdirir. Buna kimsə etiraz edə bilməzdi. İran güclü orduya malik idi, dünya reytinqində 11-çi yeri tuturdu. Amma bu müharibədən sonra reytinq çox aşağılara gedəcək”.
İlahə BAYINDIR