Qəzzada İsrailə qarşı təxminən 12 hərbi qruplaşma mübarizə aparır. Lakin İsrail həmişə HƏMAS-a qarşı mübarizə apardığını vurğulayır.
Niyə? Çünki HƏMAS Qəzzada legitim hakimiyyətdir, Qəzza əhalisi tərəfindən böyük səs çoxluğu ilə seçilib.
Deməli, HƏMAS terrorçu, radikal, antiinsani, antisemit (əlbəttə, bu termin altında yalnız antiyəhudi başa düşülür) ideologiyaya xidmət edən təşkilatdırsa, onu seçən xalq da eyni dünya görüşünə malikdir, yəni vəhşilərdir. Başqa sözlə, bu xalqın bütünlüklə qırılması yalnız bəşəriyyətin xeyrinə ola bilər.
Netanyahunun açıq dediyi kimi “biz sizin yerinizə çirkli işi görürük”, yəni bizə minnətdar olun ki, sizin üçün bəşəriyyəti bu quduzlardan təmizləyirik.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi