Hekayə necə olmalıdır?

 

Məlum olduğu kimi, istər real hadisələr üzərində qurulan, istərsə də müəllifin yaradıcılıq təxəyyülünə əsasən qələmə alınan hekayə oxucunun diqqətini özünə cəb etməlidir. Qısa, lakononik, oxunaqlı hekayə oxucu tərəfindən bir dəfəyə, necə dəyərlər -“bir qurtuma içilən su kimi” oxunub qurtarılmalıdır.

“Uzunçuluq” povest və romanların işidir. Oxucu hekayədə cərəyan edən hadisələrin təsirinə düşərək sevinməli, kədərlənməli, bir sözlə, həyəcanlanmalıdır. Həyəcan, təəccüb, ümumiyyətlə düşündürməyi bacarmayan hekayə demək ki, hekayə deyildir.

Zərurətdən doğan hadisəni, yaxud təxəyyülünü oxucusuyla bölüşən müəllif hekayədə öz sözünü, fikrini açıq, birbaşa deməli və oxucunu hadisənin axarına alıb özüylə götürməlidir. Quru, cansız, sıxıcı informasiyaların hekayədə yeri yoxdur. Bədiilik, canlılıq hekayənin birbaşa bəzəyidir və onun uğurlu yazılışından xəbər verir.

İlahə Bayındır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir