Şimali Kipr Türk Cümhuriyətini (ŞKTC) bu günə qədər yalnız bir dövlət – Türkiyə Respublikası rəsmi olaraq tanıyır.
Beynəlxalq aləmdə ŞKTC-nin tanınması çox məhduddur və BMT də daxil olmaqla əksər ölkələr Kiprin yalnız bir dövlət olduğunu – Kipr Respublikasını – qəbul edirlər.
1974-cü ildə Yunanıstanla Kipr arasında yaranan gərginlikdən sonra orada kompakt yaşayan türklərin təhlükəsizliyi naminə 1983-cü ildə Türkiyə tərəfindən Şimali Kipr Türk Cümhuriyəti (ŞKTC) özünün müstəqilliyini elan edib. BMT Təhlükəsizlik Şurası da bu müstəqillik elanını qeyri-qanuni hesab edib və digər dövlətləri onu tanımamağa çağırıb.
Yəni, hazırda ŞKTC-ni tanımaq istənilən dövlət üçün böyük problemlər yaradar. Hər şey tədricən həll olunmalıdı. Heç kimdən birdən birə irəli tullanmağı tələb etməməliyik.
Elman HÜSEYNOV
