Siyasətə az-çox qarışanlar xatırlayırlar ki, düz dörd il əvvəl, hələ Putin Ukraynaya hücum etməmişdən qabaq bir video var idi.Putinlə-Narışkin dioloqu.
O vaxtı Narışkin çox tərəddüd edirdi və yəqin ki, Ukraynaya təcavüzün nə ilə qurtara biləcəyini təxmin edirdi.( Hər halda məlumatlı adam idi.)
Amma, Putin onun qorxaqlığından ilhamlanıb, onu da “nala-mıxa” vurmamağa, açıq danışmağa və zornan da olsa onların dediyini söyləməyə məcbur etdi.
Düz dörd il əvvəl Sergey Narışkin Vladimir Putin-in suallarından sonra, dili topuğ vurmağa başladı və qorxusundan az qala huşunu itirəcəkdi.
Amma, o vaxt videodan da göründüyü kimi bu miskin mənzərə bir yana qalsın, ətrafını son həddə qorxaq və alçaq insanlarla doldurmuş həmin Putin isə, özünə verilmiş hər cür icazəlilikdən ləzzət alır, keflənirdi.
Bu da nəticə!… Heç kəsə qulaq asmamağın və tək adam hakimiyyətinin acı fəsadları. 4 ildən artıqdır ki, düşdüyü bataqlıqdan çıxa bilmir. Və bilməyəcək də!
Nəriman Abdinov