Heç birinin vecinə deyil..

Bir gün padşah gəzintiyə çıxmaq qərarına gəlir. O dünyanın dörd-bir tərəfindən gətirdiyi cins atlarını hər kəsə göstərmək istəyir. Atları faytona qoşdurub və bu kənddən o biri kəndlərə keçərək gəzirdi, hərkəs cins atların gözəlliklərinə heyranlıqla baxırdı. Atlar o qədər gözəl, güclü idilər ki, hər kəs dörd gözlə baxmaq istəyirdi. Faytonla meşənin içərisindəki, çayı keçərkən atlar gənc, güclü olmasına baxmayaraq, faytonu çəkməkdə çətinlik çəkirdilər. Bu zaman uzaqdan sürətlə gələn üzəri odunla dolu olan bir kəndli arabanı öz çəlimsiz, arıq bir cüt atları ilər çayı gəldikləri sürətlə də keçib gedir. Bu çəlimsiz, arıq atların gücünə heyrətlə kənardan baxan padşah, öz sərkərdələrinə tapşırır ki, o kəndlini mən hüzurumda görmək istiyirəm atları ilə birgə. Belə də edirlər. Kəndlini öz çəlimsiz atları ilə birgə padşahın hüzuruna gətirdilər. Padşah öz gözəl cins at’larına baxır və sonra kəndlinin çəlimsiz arıq atların baxıb, sual verir:

-“Eyy qoca, bəlkə sən bu sirrin açıqlanmasında mənə kömək edəsən?!”

Qoca;

-Şah sağ olsun, o nə sirdir ki, mən bilirəm siz bilmirsiz?!

Şah;

-“Qoca necə olur ki, mən bir ətək pul xərclədiyimiz cins atlar sənin bu çəlimsiz biri özün kimi qoca, digəri gənc arıq atların bacarıqlarını bacara bilmir?!”

Qoca;

-“Şah sağ olsun, atların biri-birindən gözəldir güclüdür, həmdə gəncdir. Görünür bu atları gətirənə qədər xeyli pulunuz çıxıb, amma mənim biri “qoca” digəri gənc arıq atım üzərində nəqədər ağır yük olsada qaçdıqları sürəti dəyişmir, hətda gördüyünüz kimi çayı keçəndə belə çətinlik çəkmirlər, bunun səbəbi şah sağ olsun “doğmalığ”dı, bu çəlimsiz atlar ana bala’dı, ana at çalışdığı qədər güc edir ki, balasına güc düşməsin, bala at isə çalışdığı qədər güc edir ki, anasına güc düşməsin, hər iki at bütün məsuliyyəti öz üzərinə götürür ki, digəri çətinlik çəkməsin. Şah sağ olsun, amma sizin atlar gözəl, güclü, olmasına baxmayaraq doğmalıq yoxdur, ona görədə kimin nə əziyət çəkməyi bunların heç birinin vecinə deyil..

YAZDI:

Səfər İBRAHİMLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights