Heç bir separatçını parlaq gələcək gözləmir…

Bu fotoşəkildə mayın 30-da Bakı Hərbi Məhkəməsində erməni separatçı-terrorçuları ilə bağlı davam etdirilən məhkəmə prosesindən ən ibrətli, anlamlı bir an əks olunub.

Vizual görüntüdən belə anlaşılır ki, əli xalqımızın qanına batmış separatçılar arasında Araik Harutyunyan hamıdan çox peşmandır.

Nəhayət ki, adam indi anlamağa başlayıb ki, sən demə, separatçılığın heç bir perspektivi, gələcəyi yoxmuş, separatçılıq özünüaldatma və mif imiş.

Bəli, heç bir separatçını xəyallarında qurduqları parlaq gələcək və uğurlu siyasi karyera gözləmir. Bütün ölkələrdə separatçılar ya lokal antiterror tədbirləri nəticəsində məhv edilir, yadaki qandallanıb məhkəmə kürsüsünə çıxarılır.

Araikə gec də olsa çatan bu həqiqət hal-hazırda Azərbaycandakı azsaylı xalqlar arasında separatçılığı körükləməyə çalışan digər şəxslərə də (Rusiya, İran və Ermənistandan idarə olunan, yönləndirilən dırnaqarası “azərbaycanlı”lara) görk olmalıdır.

İsraildən olan politoloq David Eydelmanın sözüylə desək, Azərbaycan öz problemlərini həll etməyin və düşmənlərini ələ keçirməyin, cəzalandırmağın yolunu öyrənib. Hazırda dünyada cəmi bir neçə dövlət var ki, onlar separatçılığa, terrorçuluğa üz tutmuş şəxslərlə, soyqırım törədənlərlə ən sərt şəkildə mübarizə aparmağı, dövlət suverenliyinə qənim kəsilənləri effektiv surətdə neytrallaşdırmağı bacarır. Söhbət ilk növbədə Azərbaycan, Türkiyə və İsraildən gedir.

Bu kontekstdə Kremlin keçmiş “çirkli pul yuyucusu” kimi tanınan Ruben Vardanyan kimi dünya miqyaslı terror və separatizm sponsorlarından birini müttəhimlər kürsüsünə çıxartmağı bacaran Azərbaycan dövləti üçün digər ranqlardan, digər ölçülərdən olan separatçıları deşifrə etmək, yaxalamaq, neytrallaşdırmaq qətiyyən çətin olmayacaq. Separatçıların hamısını “ov”layacağıq.

Bəybala MİRZƏYEV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights