Venesuelanın paytaxtında Prezidentin yataq otağına başqa bir Ölkənin xüsusi təyinatlı əsgərləri girib, yataqdan prezident Maduronu və arvadını ABŞ-a qaçırtması hadisəsi, beynəlxalq qanunların qətiyyən işləmədiyini göstərən hadisədir! Yəni bu gün dünyada GÜC qanunu işləyir! Prezident Madura nə qədər öz işində səhflərə yol versə də, yenə də heç bir dövlətin qanuni olaraq ixtiyarı yoxdur ki, digər ölkənin əsgərləri onu qaçırtsın! Bu hadisə bir daha onu göstərir ki, dünyada geosiyasi müharibələr amansızlıqla davam edir. ABŞ, İngiltərə, qərb güc mərkəzi Latın Amerikasında da bütün nəzarəti ələ almaq məqsədilə hərəkətə başlayıb. Venesuela, ABŞ və İngiltərənin rəhbrlik etdiyi güc mərkəzinin ənənəvi rəqibi olan Rusiya ilə münasibətlərini yaxşılaşdırıb, dostluq edir Venesuela Rusiya ilə Çinlə siyasi və iqtisadi münasibətlər qurur. Venesuelada zəngin neft yataqları vardır. Ona görə də ABŞ Venesuelanın Rusiya və Çinlə yaxınlığına sakit baxa bilməzdi. Bu səbəbdən də ABŞ Venesuelanın içində müxalifətlə, 5-və 6-cı kalonun üzvüləri ilə də yaxşı iş aparıb və prezidenti qaçırda bilib. Amma bu hadisə digər güc mərkəzi olan Rusiyanı da həvəsləndirir. Rusiya Ukraynada öz iddialarını daha da kəsgin şəkildə ortaya qoyacaq. Geosiyasi qanunlarla düşünsək, ABŞ Latın Ameyikasında bütün ölkələr üzərində nəzarət edirsə, Rusiya da Avrasiyada öz nəzarətini tətbiq etmək istəyində olması, məntiqi olaraq tam haqlı görünür. Ona görə də Rusiya Çinlə, Hindistanla münasibətlərini nəyin bahasına olsa da yaxşılaşdırır. Eyni zamanda Rusiya MDB ölkələrini də özünün təsir zonasına dartmaq üçün, bundan sonra da hər çür hərəkət etməsini də gözləmək lazımdır! Biz hər çür hərəkətlərə hazır olmalıyıq! Ona görə də Ölkə içində bütün 5-ci və 6-cı kalon üzvüləri tam nəzarətdə olmalıdır. Başını kim balaca qaldıran kimi tutulmalıdır! R. Mehtiyevin bütün şəbəkəsi ifşa olunub tutulmalıdır! Ölkəmizdə dövlətdən başqa dövlət olmamalıdır! Rusiyanın Azərbaycanda olan bütün təsir vasitələri birdəfəlik yox edilməlidir! Bununla yanaşı TDT daim gücləndirilməlidir! Rusiyanın özünü ABŞ, İngiltərə, qərb güc mərkəzindən qoruya bilməsi üçün, MDB ölkələrinə ağıla gələn və gəlməyən bütün vasitələrdən istifadə edib müxtəlif hücumlar etməsi, bu gün geosiyasi müstəvidə məntiqli və real görünür. Ona görə də Türk Dövlətləri Təşkilatı (TDT) öz beynəlxalq gücünü dayanmadan artırmalıdır və real gücə çevrilməlidir! Türk dövlətləri hər ay birgə hərbi təlimlər keçirməlidir! İranda baş verən hadisələrə də Azərbaycan dövləti və bütün Türk dövlətləri biganə baxmamalıdır! İran cəmi 100 il əvvəl Azərbaycan Türklırinin dövləti olmuş Qacarlar dövlətini öz maraqları üçün geosiyasi güclər farslaşdırıblar. İranda baş verən hadisələrə bütün Türk dünyasında baş verən hadisələr kimi baxmaq lazımdır. Biz bu hadisələrə biganə qala bilmərik! Biz yalnız beynəlxalq qanunlarla yaşasaq, uduzarıq! Əgər dünya geosiyasi qanunlarla, geosiyasi postulatlarla yaşayırsa, biz də məğlub olmamaq üçün bu qanunlarla yaşamalıyıq!
Tahir Ələkbərov