Hazırkı Rusiya Federasiyasından həm üzr, həm də təzminat tələb edilməlidir

ELAZ.İNFO xəbər verir ki, bolşevik-sovet sisteminin çevriliş və repressiyalar üzərində gətirdiyi qanlı “mədəniyyət, təhsil və inkişaf” xalqımıza, genefondumuza ağır, sarsıdıcı zərbə vurdu.

1937-1938-ci illərdə milli elitamız məhv edildi, ziyalılarımız, ruhanilərimiz, sahibkar təbəqəmiz repressiya və sürgünlərə məruz qaldı.

Xüsusi mülkiyyətlər müsadirə edilərək yağmalandı, “milliləşdirildi” (rus-sovet-bolşevik rejimi tərəfindən zəbt edildi).

Bütün bu məsələlər dövlət komissiyası səviyyəsində yenidən araşdırılmalı və keşmiş SSRİ-nin hüquqi-siyasi varisi olan hazırkı Rusiya Federasiyasından həm üzr, həm də təzminat tələb edilməlidir.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights