ELAZ.İNFO xəbər verir ki, Biləsuvar rayonu ərazisindən keçən Balharı çayinda son günlərin yağıntılı keçməsi səbəbindən sel gəlmə təhlükəsi yaranıb. Bu səbəbdən rayonun bütün idarə və müəssisələrinin ağır texnika və traktorları hazır vəziyyətə gətirilmişdir. Ötən ildə də sel təhlükəsi yarandı, lakin görülən qabaqlayıcı tədbirlər nəticəsində rayonun infrastrukturuna heç bir ziyan dəymədi. Fövqəladə hadisələr isə hər zaman var və olacaqdır. Hazır olmaq isə məsuliyyətdir.
Sevinc QASIMOVA