Hava balonu yerə düşüb

ELAZ.İNFO xəbər verir ki, Hollandiyanın şimalındakı Frisland bölgəsində hava şarının qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Balonda 34 nəfər olub.

Hollandiya Kral Aviasiya Assosiasiyasının sözçüsü yerli mediada bildirib ki, qəfil əsən külək şarın yerə möhkəm dəyməsinə səbəb olub və nəticədə səbət sıçrayıb və 5 nəfər yıxılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights