Haqqın əsl üzü

Biz insanlar digər insanlarla münasibətdə və yaxud da öz aləmimizdə həmişə özümüzün haqlı və düzgün olduğumuzu düşünürük. Bəs bu hiss nədən əmələ gəlir?
Bildiyimiz kimi, Allahın ilk yaratdığı varlıqlardan biri də küllü nəfsdir. Din alimləri müəyyən etmişlər ki, insan ruhunun da iki xüsusiyyəti vardır ki, biri heyvanı, digəri isə “Ruhani ruh” adlanır. Həm ruhani, həm də ki, heyvanın ruhun bizim bədənimizdə öz ordusu və əsgərləri vardır. Heyvani ruha aid olan əsas xüsusiyyət bizim nəfsimiz və nəfsimizin ordusunun törətdiyi fəsadlardır. Bundan əlavə ağılla qəlb, şəhvətlə qəzəb hissi arasında və bir sözlə batinimizdə olan bütün duyğular arasında bir-birləri ilə daima əlaqə və təmas vardır. Bu xüsusiyyət insan yaşadığı müddətcə davam edəcəkdir.
Lakin çox təəsüf ki, daxilimizdə bizimlə daha çox danışan heyvanı ruhun nümayəndələri, qəzəb və şəhvət hissinin səfirləri olur. Bəzən bu səfirlərlə ağıl və qəlb arasında dialoqlar aparılsa da, demək olar ki, bu qüvvələrin ordusu daima inqilab və çevrilişlər etmək hissi ilə yaşayırlar. Qəzəb hissinin ordusu daima narazı və şikayətçidir. Şəhvət hissinin ordusunun fikrində isə hamının üzərində ağalıq etmək və bütün duyğu üzvlərini özünə tabe edərək, dünyanın belə onun olması sevdası yəni, (əstəğfurullah) Allahlıq etmək keçir. Bu hiss özündən başqa heç kəsi bəyənmir və ətrafdakı insanları və onların əməllərini gözdən salmağa çalışır. Bundan əlavə bu hisslərin bizlərə verdiyi suallar və cavablar bizi yorub, düzgün yaşamağa qoymur, daima qəlbimizə şübhə və vəsvəsə salır. Bunları düşünəndə bəzən insanın özü belə dəhşətə gəlir. Bu ağıla, qəlbə nə qədər vəsvəsə, şübhə, ayrılıq salan, ürək sındıran, peşmanlıq gətirən sualları vermək olar?” Filankəs belə etdi, feşmankəs belə dedi? Mən də belə elə edərəm, belə cavab verərəm.”
İndi həm yuxarıdakı, həm də elə bu suala cavab vermək istəyirəm.
O insan bəxtəvər və rahatdır ki, o ən çox “ülvü ruh”a məxsus mələk duyğularının səfirləri ilə daha çox görüşüb, söhbət edir. Axi biz yatdığımız zaman heyvanı ruhun bədənimizdə qalıb bizimlə bərabər yatmasına baxmayaraq “Ülvi-Ruhani ruh” daima oyaq və yatdığımız zaman Ruhlar aləmini səyahət edərək , yenidən bədənimizə qayıdır. Onun dünya görüşü və iki aləmdən məlumatı daha çoxdur. Ülvü ruhla daha çox söhbət etdikdə kimliyimizdən asılı olmayaraq, istər ibadət əhli, istərsə də dünya əhli olsun bu dünya həyatına baxışlarımız fərqli olur. Hər bir vəziyyətdə yalnız özünü günahkar görür, rastlaşdığı bütün Yaradılmışların onun üçün hikmət və imtahan olduğunu düşünüb, bunun üçün yalnız Allaha şükürlər edir. Çünki Allahın bizə qismət edib, rastlaşdırdıqlarında, eşidib, göstərdiklərində, bir sözlə bütün başımıza gələn pis-yaxşıda yalnız hikmət və dərs vardır ki, bu da bizim imtahanımızdır. Buna qəlbən inanandan sonra nəfsin ordusunun vəzifəsi yalnız bədən və ruhu qorumaq olur və onlar bir-birlərin tənzimləyərək əmin-amanlıq içində yaşayarlar. Qəlb və ağıl da ancaq yaradıcılıq, yaxşılıq etmək və Allaha təşəkkür etmək duyğuları ilə rahat yaşayar. Yalnız bundan sonra ibadət də itaət hesab edilər. Bu xüsusiyyət isə ömür boyu əziyyət və zülm çəkən Peyğəmbərlərimizə, bütün İmamlarımıza, zahid, arif, alim və Allah yolunda canlarından keçən şəhidlərə məxsusdur. Yəni, başımıza gələn hər bir hadisədə yalnız özümüzü günahkar görməli və heç kəsdən inciməməliyik. Çünki hər kəs öz aləmində özünü haqlı bilir. Misal aləmində isə əməl, niyyət, duyğu və surətlərimiz güzgü kimi əks olunmaqdadır. Kaş bu güzgünün varlığına qəlbən və ruhən inana bilərdik…

Mənzər AĞAYEVA

İlahiyyatçı

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights