ELAZ.İNFO, BAKI, 22.05.2025.
Qədim el adətlərinə görə oğlanla qız nişanlandıqda halal olması üçün din baxımından halal olması üçün qaziyə müraciət edib, kəbin oxutdurmuşuq.
Müasir dövlətimizin qanunlarına görə isə həkim məsləhəti olmadan və yaxud həkim icazəsi olmadan nigah bağlana bilməz.
Bəs qazi nigahı ilə ər və arvad elan olunmuş cütlüklərə dövlət icazə verməsə?
Bu sualla ELAZ.İNFO olaraq ilahiyyatçı Tural İrfana müraciət etdik.
Din şünas bildirdi ki, “Kəbin evlənən kişi ilə qadın arasında rəsmiləşdirmə aktıdır. Həddi-buluğa çatmış, evlənmək iqtidarında olan iki şəxsin ər-arvad elan edilməsi əvvəlcə dövlətin rəsmi orqanı tərəfindən təsdiqlənməlidir
Dövlət nikahı olmadan din xadiminin icra etdiyi kəbin batildir və nə dini, nə də qanuni cəhətdən doğrudur.
Rəsmi din xadimi yalnız rəsmi nikahdan sonra kiməsə kəbin oxuya bilər. Din xadiminə iki vətəndaşı rəsmi olaraq ər-arvad elan etmək səlahiyyəti verilmir.
Dünyəvi, hüquqi dövlətdə yaşayırıq, din də dövlətdən ayrıdır. Boşanma və digər miras məsələlərini də din xadimi, qazılar yox, məhkəmələr həll edir.
Əgər kiminsə dövlətin rəsmi nikahından sonra din xadiminin də təkrar nikah duası oxumasına mənəvi ehtiyacı olarsa, daxilən rahat olması üçün rəsmi din xadimlərinə müraciət edib, dini adlandırılan kəbin də oxuda bilər.
Orta əsrlərdə din xadiminin kəsdiyi kəbin rəsmi xarakter daşıyıb yaxud həmin funksiyanı qazı adlanan ruhanilər icra edib. Ona görə belə bir ənənə qalıb ki, sanki mütləq din xadimi də kəbin kəsməlidir.
Əslində dini, yaxud dinsiz deyə fərqli kəbin anlayışı yoxdur. Sadəcə bunu sonradan təsnifatlara bölüblər.
Ruslan MƏMMƏDOV