Hambal kimi işləyim

ELAZ.İNFO xəbər verir ki, karete idman növü üzrə 5 qat dünya, 11 dəfə dünya çempionu olmuş Rəfael Ağayev həyatdan küsüb. Çünki Azərbaycan Karate Federasiyası ona müalicəsi üçün yardım etməyib və nəticədə sağlamlığında ciddi problem yaranıb.

O, azerisport saytına verdiyi açıqlamada bunları deyib:
-Heç bir işlə məşğul deyiləm. Hər şeyi Allahın ümidinə buraxmışam. Hər hansısa gözləntim yoxdur. Allaha dua edirəm, elə dolanıram. Hansısa idman yarışına hazırlaşmıram və tələbə də hazırlaşdırmıram. Formada qalmaq üçün məşq edirəm. Bir də çayxanalarda oluram və dincəlirəm. Depressiyadayam (gülür). Bir gün ayağıma dərman istədim. Mənə bilirsiz nə dedilər? “Sən bizi bezdirmisən” cavabını verdilər. Amma o iynə mənə lazım idi. Mən onlara demədim ki, maşın alın, ev verin, zədəmi müalicə etdirmək istədim. Dedim ki, iynəni vurum ki, hambal kimi işləyim. Onu da vermədilər.

Sözardı:Adı Ginnesin Rekordlar Kitabına düşmüş, dünyada “Karatenin Brilyantı” fəxri adına layiq görülmüş bu kişini də küsdürüblərsə demək bizə olan haqsızlıqlar boş şeydir.

Roman Tağıyev

Bizimlə oxuyun
Verified by MonsterInsights