Hakimiyyətin süqutundan 100 il keçir

ELAZ.İNFO

MÜASİR İRAN ADLANAN ÇOĞRAFİYADA AZƏRBAYCAN TÜRKLƏRİNİN MİN İLLƏRLƏ SÜRƏN HAKİMİYYƏTİNƏ SON QOYULMASINDAN 100 İL KEÇİR. 15 dekarb 1925 ildə çox gənc olan Əhməd şah Qacarı, İngilis cəsuslarının böyük siyasətinin tərkib hissəsi olan farslaşma siasətilə aldadaraq məxməri inqilab edib hakimiyyətə Rzanı gətirib “şah” etdilər. Bu Rza kim olub? Niyə onu hakimiyyətə gətirdilər? Rza uzun illər Rusiya imperiyasına sontra da İngiltərə imperiyasına xidmət edən bir adam olub. O əvvəl Rus hərbi kazarmalarında mehtər işləyib. Sonra imperiya məmurlarına yaxşı xidmət etdiyi üçün ona hərbi rütbə veriblər. Rus hərbicilərinin özbaşına hərəkətlərinə qarşı xalqın narazılıqlarının qarşısını almaq üçün Rzanı son illər Ruz kazarmalarının rəisi təyyin etmişdilər. Hətta iş o yerə çatmışdır ki, xalqın müdafiəcisi olmuş qeyrətli Azərbaycan oğlu Məhəmməd Tağı xan Rus kazarmasına hücum edib, Rzanı tutub dustaq saxladı. Rzaya əmr etdi ki, şəhərdə rus əsgərlərini yığ kazarmaya, özbaşınalıqlar etməsinlər! Rza üç gündən sonra məcbur olub rus əsgərlərini kazarmaya yığdı.1921 ci ildə isə Rza artıq farsıaşmış hakimiyyətin və İngilis, Rus imperiyalarının köməyi ilə Məhəmməd xan Tağının dəstəsinə hücum edib onu öldürdülər. Beləiklə Rza həm rus həm də İngilis məmurlarına can-başla qulluq etdikləri üçün, 1921 ildə ona ingilis cəssus 4 il “şah” olmaq təlimi keçdi. Beləliklə Rzanı xarici güclər öz geosiyasi məqsədləri üçün oyuncaq “şah” təyin etdilər. Bunu ona görə etdilər ki, onlara rəqib olan güclü Azərbaycan Türk dövləti olmasın. Zatən Azərbaycan Türklərinin Səfəvilər, Afşarlar və Qacarlar dövlətlərini də bu güclər müxtəlif hücumlarla yox etmişlər. Məkirli güclər yaxşı bilirlər ki, heç bir Türk dövləti onlara oyuncaq dövlət olmayacaq. (Səfəvi dövlətini 10 il Osmanlılarla müharibəyə təhrik edən də, Nadir şaha sui-qəst edən də, Qacarlar dövlətinin qurucusu Ağa Məhəmməd şah Qacara da sui-qəst (4 iyun 1797) edən də, ölkəni farslaşdıran da bu geosiyasi güclər olub) Ona görə də 1925 ci ildən 1936 cı ilə qədər dövlətin adını “Birləşmiş əyalətlər” kimi qoydular. 1936 cı ildə isə İngilis ağasından əmr alan Rza “şah” fərman verdi və ilk dəfə ölkənin adını rəsmi olaraq “İran” kimi qoydu. Sonra da bilərəkdən xarici “tarixci”lər də siyasətə uyğun olaraq bu çoğrafiyada Azərbaycan Türklərin hakimiyyətini saxtalaşdırdı və bütün kitabıarda bu çoğrafiyanı ya persiya, ya da İran kimi yazdılar. Sonrakı illərdə Rza hər dəfə müstəqil siyasət aparmaq istədikdə, İran neftini milliləşdirmək istədikdə, Rusiyaya yaxınlıq etmək fikirinə düşdükdə onu qovub, oğlu Məhəmmədi şah etdilər. O zaman İngiltərə mətbuatı açıq yazırdı ki, “Sizi biz hakimiyyətə gətirdik. Biz də nə vaxt istəsək sizi qovarıq” Belə də etdilər. Rzanın oğlu da müstəqil hətrəkət etmək istədikdə, ölkədə inqilab etdilər və əvvəlcədən hazırladıqları Xomeynini hakimiyyətə gətirdilər. Xomeyni də molla qiyafəsində olan İngilis cəsusu idi. Buna görə də 1925 ci ildən bu günə qədər iran heç bir Türk və islam dövlətləri ilə müttəfiq olmayıb. Onun müttəfiqləri ABŞ, İngiltərə, Almaniya, Fransa, Yunanıstan, Rusiya, Ermənistan olub. Bu gün də İranın siyasəti alt gizlin siyasətlə istiqamətləndirirlir. Məhz buna görə də 1925 ci ildən bu günə qədər İran Azərbaycanlıları dəfələrlə öz hakimiyyətlərini bərpa etmək üçün azadlıq hərəkətlərini, qurduqları müstəqil dövləti (1945-1946) həmən məkirli güclərin yardımı ilə millətci fars rekimi qan içində boğub. Artıq 100 ildir Azərbaycan Türklərinin İran adlı çoğrafiyada hakimiyyətləri oğurlanıb. Farslar yeni dövlət qurmayıb. Onlar sadəcə xarici cəcusların yardımları ilə Azərbaycan Türklərinin Qacarlar dövlətində hakimiyyəti ələ alıblar. İranın yenidən azad, müstəqil olması üçün, bu ölkədə yaşayan bütün xalqlar, Farslar da daxil olmaqla xoşbəxt, azad yaşaması üçün, Güney Azərbaycan yeidən HAKİMİYYƏTLƏRİNİ BƏRPA ETMƏLİDİR!

Tahir Ələkbərov

Bizimlə oxuyun
Verified by MonsterInsights