Hakim qərəzli olmaqda ittiham edilərək, prosesdən uzaqlaşdırıldı

Naxçıvan şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva hakim həmkarını qərəzli olmaqda ittiham edərək, prosesdən uzaqlaşdırıb.

ELAZ.İNFO xəbər verir ki, Uzaqlaşdırılan hakim Heydər Aslanovun sifiarişli işin icrasından imtina ediyinə görə cəzalandırıldığı bildirilir. Bununla bağlı olaraq “Gündəlik Naxçıvan” yazır ki, “Həmin sifarişli işlə bağlı Gülnar Səfəralıyevanın 20 min manat rüşvət aldığı iddia olunur.

Söhbət NDU vəzifəlisi Abbas Əhmədovun etirazçı müəllim Aysel Quliyevaya qarşı şikayətindən gedir.

Abbas Əhmədov hələ ötən il ləyaqətin alçaldılması ittihamı ilə Aysel Quliyevanı məhkəməyə vermişdi. Həmin vaxt hakim Heydər Aslanov şikayəti əsassız sayaraq rədd etmişdi.

Bu işi qazanmaq üçün Abbas Əhmədovun mğhkəmə sədri Gülnar Səfərəliyevaya 20 min manat rüşvət verdiyi, sifariş baş tutmadığından isə bu məbləği geri tələb etdiyi bildirilir.

Pulunu geri ala bilməyən Abbas Əhmədov ötən həftə meəllimi eyni ittihamla yenidən məhkəməyə verib. Hakim Heydər Aslanov isə hazırkı ittihamın əvvəlki, rədd olunmuş ittihamla eyni olduğunu əsas gətirərək şikayəti qəbul etməyib.

Bundan sonra sədr Gülnar Səfərəliyeva işə qarışıb bu qərarı ləğv edib və hakimi işdən uzaqlaşdırıb.

Qərarda uzaqlaşdırmaya səbəb kimi hakimin Abbas Əhmədova qarşı qərəzli mövqeyi göstərilib. Lakin qərəzin konkret nədən ibarət olduğu barədə heç bir məlumat verilmir.

Mübahisəli şikayət ərizəsinə Gülnar Səfərəliyevanın özünün baxacağı bildirilir. Bu yolla onun aldığı rüşvəti durultmaq istədiyi bildirilir”.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights