Hakim həyatını itirdi

ELAZ.İNFO xəbər verir ki, dünən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi, şəhid qızı Aynur Rzayeva faciəvi şəkildə yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Aynur Rzayeva yalnız peşəkar, prinsipial və ədalətli hakim deyil, həm də Vətənə canını fəda etmiş bir şəhidin yadigarı idi. Onun timsalında həm hüquq ictimaiyyəti, həm də cəmiyyət vicdanlı, ləyaqətli və vətənpərvər bir insanı itirdi.

Atasından aldığı vətən sevgisi və ədalət ruhu onun bütün həyatına və fəaliyyətinə sirayət etmişdi.

Allah rəhmət eləsin!

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights