Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Rusiyaya səfərə gedəcək.
ELAZ.İNFO Türkiyə mətbuatına istinadən bildirir ki, bu səfər may ayının 26-və 27 tarixlərində reallaşdırılacaq.
Hakan Fidanın Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşü reallaşacaq.
Səfər əsnasında H. Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov və digər yüksək rütbəli məmurlarla görüşü nəzərdə tutulub.
