Hakan Fidan: -“Biz öz narazılığımızı açıq şəkildə bildiririk”

ELAZ.İNFO, BAKI, 16.05.2025.

“Avropanın öz təhlükəsizliyini təmin etmək üçün əməkdaşlığı seçim deyil, öhdəlikdir”.

ELAZ.İNFO xəbər verir kibu fikirləri Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan jurnalistlərlə görüşü zamanı səsləndirib. “Anadolu Ajans”-ın yazdığına görə Hakan Fidan bildirib ki, “Təhlükəsizliyi və əməkdaşlığı inkişaf etdirməklə, etibarlı sistem yaratmaqla biz nəinki bir-birimizi dəstəkləyirik, həm də bir-birimiz üçün təhlükə yaratmadığımızı rəsmən təsdiq edirik. Belə qarşılıqlı həmrəylik və etimad ticarət, sosial qarşılıqlı fəaliyyət, siyasət, incəsənət, elm və texnologiya sahələrində müsbət nəticələr verir”.

Hakan Fidan daha sonra vurğulayıb ki, “uzun illərdir Türkiyənin strateji prioritetlərindən biri həm Aİ-də perspektivlərinin, həm də NATO-dakı rolunun əlverişli inkişafını təmin etmək olub.

Biz özümüz üçün aşağı və ya əlverişsiz, ölkəmiz üçün zərərli hesab etdiyimiz mövqeləri qəbul etmirik.

Biz öz narazılığımızı açıq şəkildə bildiririk və bu məsələləri müvafiq formatlarda, uyğun metodlardan istifadə etməklə müzakirə edirik. Bu müzakirələri davam etdirəcəyik”.

İlahə BAYINDIR

Verified by MonsterInsights