ELAZ.İNFO xəbər verir ki, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Helsinkidə Avropa Birliyi ilə Türkiyə arasındakı münasibətlərdən danışıb. Fidan deyib ki, “Gömrük və viza liberallaşdırılması ilə bağlı dialoq hər iki tərəfin maraqlarına uyğundur. Şengen üçün atılan addımlar qənaətbəxşdir.”
Xarici işlər naziri Hakan Fidan Helsinkidə Finlandiya xarici işlər naziri Elina Valtonen ilə görüşdü.
Nazir Fidan həmkarı ilə görüşündən sonra birgə mətbuat konfransında Avropa Birliyi ilə Türkiyə arasındakı münasibətlərdən danışıb.
Fidan söyləyib ki, “Türkiyənin AB-nin təhlükəsizlik mexanizmlərinə, xüsusən də SAFE mexanizminə daxil edilməsi müsbət bir inkişafdır. AB ölkəmizlə münasibətlərinə uzunmüddətli və real perspektivdən yanaşmalıdır. Gömrük və viza liberallaşdırılması ilə bağlı dialoq hər iki tərəfin maraqlarına uyğundur. Şengen üçün atılan addımlar qənaətbəxşdir.”
Türkiyənin AB-yə üzvlüyü: “AVROPA BƏYANATLARI BİR BAŞLANĞICDIR”
Fidan, Türkiyənin AB üzvlüyü ilə bağlı suallara belə cavab verib ki, “Almaniya kansleri Merz, Türkiyədə keçirilən mətbuat konfransında Türkiyənin AB üzvlüyü ilə bağlı dəyərli bir açıqlama verdi. Avropa dövlətlərinin iradə bəyannamələri hələ də maneə törədən problemlərin öhdəsindən gəlmək üçün bir başlanğıc təşkil edir.” Türkiyənin AB-yə tam üzvlük məqsədinin davam etdiyini bildirən Fidan, “Avropa Birliyi Türkiyəsiz natamam olardı”.
Finlandiya xarici işlər naziri Valtonen də Finlandiyanın Türkiyənin gələcək AB üzvlüyünə lap əvvəldən müsbət yanaşdığını vurğulayıb.
“QƏZZƏDƏ NÖVBƏTİ MƏRHƏLƏNİ GÖZLƏYİRİK”
Məlumat üçün bildirək ki, Fidan çıxışında Qəzzadakı mövcud vəziyyətə də toxunub. O deyib ki, “Atəşkəs elan ediləndən bəri 250 fələstinli İsrail hücumlarında həyatını itirib”. Atəşkəsin davam edəcəyini və növbəti mərhələnin təxirə salınacağını gözləyirik. Türkiyə əlindən gələni edir. BMT-də araşdırmalar davam edir. Humanitar yardım axını kifayət deyil və bununla bağlı müxtəlif şikayətlər var. Onları daha effektiv etmək üçün çalışmağa davam edirik”.
İlahə BAYINDIR
