ELAZ.İNFO xəbər verir ki, Ardadan sonra bir şok daha yaşandı. Hakan Çalhanoğlunun mövsümü bitdi.
“İnter” Hakan Çalhanoğluna əzələ gərginliyi diaqnozu qoyulduğunu açıqlayıb. “Komo” ilə matçda zədələnən Çalhanoğlu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
Milli komandada zədə kabusu davam edir. Arda Gülərdən sonra kapitan Hakan Çalhanoğlundan gələn xəbər futbolsevərləri kədərləndirib. “İnter”də oynayarkən Komo matçında zədələnən ulduz futbolçu ilə bağlı İtaliyadan həm pis, həm də ümidverici xəbər gəlib. İtaliya A seriyasında “İnter”də çıxış edən Hakan Çalhanoğlu Komo matçında aldığı əzələ zədəsi səbəbindən sıradan çıxıb. “İnter”in baş məşqçisi Kristian Çivu milli futbolçunu Torino matçında riskə atmamaq qərarına gəldiyi halda, İtaliya mətbuatında yayılan məlumatlarda təcrübəli yarımmüdafiəçinin mövsümü başa vurduğu bildirilir.
Sənan Altay

