Terrorçuların lideri Aponun ərəb qəbilələrinə məktubu. Burada diqqət etməli olduğumuz xətt belədir:
-“Biz demokratik millətə əsaslanan perspektivlər qurmuşuq. Bütün insanlar bərabər, azad, birlikdə yaşamalı, özlərini idarə etməlidirlər. Bərabərlik və ədalət bu təməl üzərində qurulmalıdır. Kürdlər və ərəblər birlikdə yaşamalıdırlar. Bu həm də sizin SDQ-yə dəstəyinizdən asılıdır. Sizin SDQ-yə verdiyiniz dəstəyin böyük əhəmiyyəti və mənası var”.
Apo ərəblərə Əhməd əl-Şara hökumətinə qoşulmağı demir. Əksinə, “PKK SDQ-yə qoşulmalıdır” deyir. “Bir bayraq, bir dövlət” demir. “İnsanlar özünü idarə etməlidir” deyir. Onlar silahlarını yerə qoymalı idilər. Bizim səsimizə heç kim qulaq asmır.
Suriyada SDQ-yə qoşulan PKK-çılar 100 minlik ordu qurublar, amma yenə də Apo-nun silahı yerə qoyma çağırışına inanmağımızı gözləyirlər. Biz dayanırıq və vaxtımızı itiririk.
İsrail və ABŞ Suriyada tək bir dövlət istəmir! Əlbəttə, terrora son qoyulmalıdır, təbii ki, qan tökülməməlidir, amma… komissiyalar terrorçulara amnistiya verməyə tələsməməlidir. Mən hadisələrin gedişindən narahatam. Allah sonunu gözəl etsin!
Abdurahman KARAKÖSE
-Türkiyə