Şair Rüstəm Behrudinin “Məzarlıqda bitən yovşan” şeiri diqqətimi çəkdi. Şair yazır:
“Çox qəribədi… Gördüyüm bütün kənd
məzarlıqlarında yovşan bitir.
Və bütün məzarlıqlardan yovşan qoxusu gəlir. Yovşan ətri hər yerdə hüzn, kədər və ayrılıq əlamətidir”.
Rüstəm Behrudinin şeiri yovşanı qəbiristanlıqla assosiasiya edir.
Çində isə bu möcüzəli bitki milyonlarla insanın həyatını xilas edib.
Çin əsrlər boyu milyonlarla insanın həyatına son qoyan malyariyaya qarşı mübarizə aparıb. Nəhayət 2015-ci ildə ənənəvi tibbi üsullarla işləyən həkim Tu YuYu yovşandan aldığı ekstraktın köməyi ilə bu xəstələyin kökünü kəsə bildi. Onun aldığı möcüzəli dərman 1974- cü ildən tətbiq olunur. Bu kəşfinə görə ona 85 yaşında Fiziologiya və tibb üzrə Nobel mükafatı verildi. Ənənəvi tibbi üsullar hələ də öz təsirini itirməyib.
Qəbirstanlıqda yovşan görəndə onun həyat eliksiri olduğunu da yada salın.
Etibar ƏLİYEV
Fəlsəfə üzrə fəlsəfə doktoru