ELAZ.İNFO xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalandı.
Azərbaycan Prezident Adminstrasiyasının Mətbuat Xidməti məlumat yayıb ki, saziş iyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə imzalanıb.
Bu saziş yaxın gələcəkdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişafına söykənir.
Günel GÜNTAC
