1-ci Qarabağ müharibəsinin igid əsgəri Abdullahi Əli Nüsrət oğlu Cənubi Azərbaycanın Ərdəbil şəhərində döğulub. Uşaq yaşlarından Azərbaycana gələrək 1-ci Qarabağ savaşında Biləsuvar batalyonunun nəzdində Şuşa və Laçının müdafiəsində qəhrəmancasına döyüşüb. İki dəfə müxtəlif dərəcəli yaralarla hərbi qospitalda müalicə olunub. Bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müharibə veteranı vəsiqəsini daşıyır.
Abdullahi Əli Nüsrət yeniyetmə və gənc yaşlarında yaşadıqları döyüş səhnələrini xatırlayanda gözləri parlayır. Özünün xoşbəxt olduğunu deyir. Dostlarının qanının alındığına görə daxilən rahatlıq tapdığını dönə-dönə vurğulayır.
Bizim igid və cəsur veteranımız evlidir 3 qız 1 oğlu var. Həyat yoldaşı Lənkəran rayonundandır. Övladlarını vətən sevgisi ilə böyüdüb. Hər zaman Vətənin müdafiəsinə hazıram və övladlarım da bu yola and içiblər. Yaşasın Bütöv Azərbaycan!-deyir Abdullahi Əli Nüsrət.
Sevinc QASIMOVA