ELAZ.INFO BAKI 14.05.2025
Elaz.info xəbər verir ki,bu ay Nadir Quluzadənin uzun illər Beynəlxalq Təşkilatlarla işləməsinin, peşəkar karyerasının 30 illik yubileyi tamam olur.
Nadir Quluzadə qeyd edir ki,” İllər tez, amma maraqlı keçib- Beynəlxalq Təşkilatlarda tərcüməçilikdən tutmuş rəhbərliyədək, Bakıda ofis assistentindən tutmuş Vaşinqtonda Balkan regionu üzrə kuratora kimi müxtəlif vəzifələrdə çalışdım. Quş qripi, gender, turizmin inkişafı, layihələrin qiymətləndirilməsi – hər cür sahədə daş çeynədim. Biznes sahibləri, kənd qadınları, QİÇS xəstələri, məcburi köçkünlər – hər yerdə hamı ilə əl-ələ işlədim. Maaşlı işlər, konsaltinqlər, nə bilim, hamısı olub”.
Nadir bəy onu da vurğulayıb ki, bu yubiley ayında imkan olduqca təcrübəmə aid bəzi fikirlərimi paylaşacağam.
Natəvan BƏYDİLİ
