ABŞ və İsrail druzların (cənubda) və kürdlərin (şimal-şərqdə) nəzarətində olan əraziləri Davud körpüsü adlandırdıqları zolaqla (ABŞ hərbi bazasının nəzarətində idi) birləşdirərək, Suriyada İsrailyönümlü yeni konfederasiya yaradırlar (xəritədə sarı zona). Aydındır ki, İsrail hərbi texnikası və yükləri bu zona üzrə cənubdan şimala maneəsiz gedib-gələ biləcək.
İndi Suriya xəritəsinə bir də baxın – sanki iriləşdirilmiş Qəzzadır:
Beləliklə, Qəzzadakı kimi aclıq, susuzluq təmin ediləcək, eyni zamanda isə bombalanmaqla ərazilər boşaldılacaq, sağ qalan əhali bir yerə toplanacaq…
Bunun üçün “hüquqi” əsasları da var. HTŞ terrorçu təşkilatdır. Əhməd əş-Şaraa seçilməmiş prezidentdir, deməli uzurpatordur. Hökumət soyqırımı aparıb və s. Əbəs yerə deyil ki, ABŞ HTŞ-ni terrorçu təşkilatlar siyahısından çıxartsa da Netanyahu HTŞ hökumətini terrorçu hökumət adlandırdı.
Qəzzada da radikal HƏMAS-ın hakimiyyətə gəlməsinə İsrail kömək etmişdi, sonra da onu terrorçuluqda ittiham edərək, Qəzzaya hücumuna bəraət kimi istifadə etdi. Terrorçu HTŞ-ni Qərb hakimiyyətə gətirdi, sonra da bundan müharibəni başlamaq üçün bəhanə kimi istifadə edəcək.
Əlbəttə, bütün bunlar dərhal baş verməyəcək, hələlik buna hazırlıqlar gedəcək, logistika və koordinasiya məsələləri həll ediləcək, əsas və köməkçi ssenarilər hazırlanacaq, rollar bölüşdürüləcək…
Günlərin birində “demokratik islahatlar” uğrunda müharibə başlayacaq. İsrail qoşunları müharibədə iştirak etməyəcəklər, bu işləri kürdlər və druzlar görəcək. İsrail əməliyyata rəhbərlik edəcək və “islahatçıları” silah-sursatla təmin edəcək. Lazım gəlsə, təyyarələri ilə Colani qüvvələrini bombalayacaq, onsuz da HTŞ-nin HHM sistemi qalmayıb.
Bu ssenaridə Türkiyənin hansı seçimləri ola bilər:
Livan Suriya müharibəsinə qarışmayacaq. Lakin Suriyada “islahatçılar” hakimiyyətə gələndən az sonra Livanda vətəndaş müharibəsi təşkil ediləcək, əhalinin yarısı qırğına veriləcək və sonda ərazisi “könüllü” surətdə Böyük İsrailə birləşdiriləcək.
Əlbəttə, bunlar sionistlərin planlarıdır. Amma belə olmaya da bilər. Hər şey Ukrayna müharibəsindən ABŞ-ın necə çıxacağından və region dövlətlərinin ortaq maraq ətrafında birləşə bilib-bilməməsindən asılıdır.
Asif ŞƏFƏQQƏTOV

