Hər on min nəfərə 38.2 tibb bacısı düşür

ELAZ.İNFO, BAKI, 12.05.2025.

12 may Beynəlxalq Tibb Bacısı Günüdür

ELAZ. İNFO xəbər verir ki,  Azərbaycanda 38-minə yaxın orta ixtisaslı tibb bacısı var. Ölkəmizdə əhalinin hər on min nəfərinə 38.2 tibb bacısı düşür.

Hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü olaraq qeyd edilir. Başqa sözlə desək, bu gün nəcib əməllərinə görə humanist peşə sahiblərinə təşəkkür etməyə dəyər.

İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir.

Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onun üzərinə böyük vəzifə düşür.

Beynəlxalq Tibb Bacısı Günü Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edilib.

Məlumat üçün bildirək ki, Azərbaycanın ilk tibb bacısı Nigar xanım Şıxlinskayadır. O general Əliağa Şıxlinskinin həyat yoldaşı olub.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights