ELAZ.İNFO BAKI, O7.05.2025.
Bu gün İran prezidenti Haşimi Rəfsəncaninin vasitəçiliyi Azərbaycan və Ermənistan rəhbərləri arasında Qarabağla bağlı münaqişənin dayandırılmasına dair Tehran kommunikesinin imzalanmasından 33 il (07.05.1992) keçir.
ELAZ.İNFO xəbər verir ki, həmin kommunike İranın vasitəçiliyi ilə aparılan danışıqların 3-cü mərhələsi idi. Birinci mərhələ 1992-ci ilin fevralında başlamışdı və ermənilər Xocalı faciəsini törətmişdlər. İkinci mərhələ mart ayında olmuş və bir neçə soyqırım hadisələri olmuşdur. Üçüncü mərhələdə isə imzalanmadan sonra Şuşa işğal olunmuşdur. Bu da çoxlarının sevdiyi İran, onun vasitəçiliyi və farsla razılaşmaların acı nəticələri…..
Maraqlı orasıdır ki, hələ də bəzi sadəlöhv dindaş vətəndaşlarımız İrandakı ağalarına yalaqlıq edirlər…
Natəvan BƏYDİLİ