1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında baş verən faciəli Helikopter “qəzası”
2025-ci ilin 11 noyabrında Gəncədən qalxan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin Gürcüstanda faciəli “qəzası”
Birincidə uzun müddət Moskva və Bakıda olan qüvvələr hava şəraiti və digər bəhanələr ilə terror olmadığını isbat etməyə cəhd etdilər. Lakin o vaxt ciddi qadağalara baxmayaraq çəkilən kadrlar və şahid ifadələri təsdiq elədi ki, Helikopter içəridə və kənardan terrora məruz qalıb.Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı üzərində Azərbaycana təyziq edən Rusiya sonradan etiraf etdi ki, bu hadisə terror idi.
O, dövrdə Qarabağ məsələsi öz həllini tam tapmaq üzrə idi. Helikopter Xankəndində ensə idi, Qarabağda bir erməni qalmayacaq idi. Düşmən dövlətlər və güclər bilirdilər bu səfər Zəfərə aparırdı. O zaman terror qurbanı 22 nəfər idi.
İndi də Qarabağ məsələsi tam həll edilib regionda Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq planlarının yeni mərhələyə qədəm qoyması ərəfəsində Gürcüstan üzərində, Sıqnaxidə “qəza” törədən təyyarəyə hava məkanı və digər bəhanələr uyduracaqlar. Bəlkə də, təyyarənin dumana düşərək “qəza ” ehtimalını irəli sürəcəklər. Lakin hiss edirəm ki, burada həm təyyarədə həm də kənardan müdaxilə olub. Təyyarənin göydə üç yerə parçalanması içəridən, quyruq hissəsinin isə ayrıca parçalanması kənardan müdaxilə olması ehtimalı yaradır. İnstinkt məni aldatmır. Zəfər səfəri terrora apardı. Heyf. Ağır hadisədir. İndi də təxmini deyilənlərə görə 22 nəfər şəhid olub.
Allah hər iki terror hadisəsində canlarından keçən Kişilərə rəhmət eləsin.
Zaur Əliyev
