Hər iki cəbhədə müharibə hələlik davam edir

ELAZ.İNFO xəbər verir ki, İran bəyan edib ki, onların icazəsi olmadan Hörmüz boğazından heç bir gəmi keçə bilməz və bunu bir neçə gəmini vurmaqla təsdiq edib. Artıq dörd gündür ki, boğazdan yalnız İran və Çinə məxsus gəmilər keçir.

Tramp bazar günü Fox News-un aparıcısı Brayan Kilmonda müsahibəsində Hörmüz boğazının bağlanması sualına belə cavab verib:

-“Cəsarətli olun… Qorxacaq bir şey yoxdur. Onların hərbi-dəniz qüvvələri yoxdur, biz onların bütün gəmilərini… və raket buraxıcılarının, 20%-i istisna olmaqla, hamısını batırmışıq.”

Dünən isə Donald Tramp Truth Social hesabında bunları yazıb:

“Əgər İran Hörmüz boğazında neft axınını dayandıracaq bir şey etsə, onlar Amerika Birləşmiş Ştatları tərəfindən indiyədək aldıqları zərbələrdən 20 dəfə çox güclü zərbə alacaqlar. Bundan əlavə, biz İranın bir millət kimi yenidən bərpa olunmasını faktiki olaraq qeyri-mümkün edəcək asan hədəfləri məhv edəcəyik – onların üstünə ölüm, atəş və qəzəb yağacaq – Amma ümid edir və dua edirəm ki, bu baş verməsin! Bu Amerika Birləşmiş Ştatlarından Çinə və Hörmüz boğazından əhəmiyyətli dərəcədə asılı olan bütün Millətlərə hədiyyədir. Ümid edirəm ki, bu çox təqdir ediləcək bir jest olacaq. Bu məsələyə diqqətinizə görə sağ olun. Prezident DONALD Cey TRAMP”.

Bunun ardınca İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani X hesabından Trampa belə cavab verib:

-“Aşurasevən İran xalqı sizin boş təhdidlərinizdən qorxmur. Sizdən güclü olanlar onu məhv edə bilməyiblər. Buna görə də diqqətli olun ki, özünüz itməyəsiniz!”

Müharibə hər sahədə müharibədir. Həm döyüş meydanında, həm söz meydanında. Hər iki cəbhədə bu müharibə hələlik davam edir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights