Hər gün “kreativ” fikir eşitməyə artıq vərdiş etmişik

ELAZ.İNFO, BAKI, 21.05.2025.

-Alimlərimiz, deputatlarımız, ağsaqqallarımız sağolsunlar, bizi bir an belə darıxmağa qoymurlar, hər gün bir-birindən daha orijinal və əcaib təklifləri, hərəkətləri ilə gündəmimizi bəzəyib rəngarəngləşdirirlər.

Biri deyir, gəlin “vopşe”, “tak çto”, “znaçit” kimi rus dilindən alınma sözləri lüğətimizə daxil edək. Digəri təklif edir ki, Azərbaycanın öz Kəbəsi yaradılsın, Naxçıvanda yerləşən Əshabi-Kəhfdə Məkkədəki Kəbənin eynisini tikək. Bir başqası isə yaxasına işğalçı Rusiyanın “Georgi lenti”ni taxıb deyir ki, burda nə var ki?..

Bax, belə! Hər gün bir “kreativ” fikir eşitməyə, bir qeyri-adi hərəkət və ya hadisə ilə üzləşməyə artıq vərdiş etmişik.

Bəybala MİRZƏYEV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights