ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Molibden Mis Şirkətinin İdarə Heyətinin üzvü ötən il “Süngün Mis” Kompleksinin “hip liçinig” layihəsində baş vermiş yanğın nəticəsində dəymiş ziyanın həcmi ilə bağlı şok açıqlamalar verib. O, hadisənin 3 trilyon tüməndən çox ziyan vurduğunu, lakin hesabatlılıq və şəffaflıq əvəzinə şiddətə və repressiyalarla məruz qaldığını açıqlayıb.
Süngün Vərziğan Mis Mədəni Yaxın Şərqdə ən böyük mis mədənidir və İranın mis istehsalının 60 faizi Azərbaycandakı bu nəhəng mədənin ehtiyatlarından əldə edilir. İran hökuməti Azərbaycanda bu mədəndən mis külçələrin istehsalının qarşısını alıb və onun torpağını xam halda Kirmana daşıyıb orada külçəyə çevirir və bu nəhəng Azərbaycan mədənindən əldə olunan gəlir də İranın mərkəzi hissəsində yerləşən Fars əyalətlərinin inkişafına xərclənir.
Əhməd Əlirza Beygi Azərbaycanda Süngün mis mədəninin talan edildiyini etiraf edərkən demişdi: “Vərziğandakı Süngün mis mədənindən hər gün 2 milyon dollar dəyərində konsentrat ixrac olunur”.
Emin Azəri Ərdəbil