İslam cəmiyyətinin ictimai həyatını nizama salmaq məqsədi daşıyan bu ilahi əmr Qurani-Kərimdə belə bildirilir:
-“Sizdən xeyirə dəvət edən, yaxşı işlər görməyi əmr edən və pis əməllərdən çəkindirən bir ümmət yetişsin. Məhz onlar nicat tapanlardır.” (Ali-İmran, 3/104)
Müsəlman alimlərinin əksəriyyəti bu ayəyə uyğun olaraq müsəlmanların yaxşılığı əmr edən və pislikdən çəkindirən bir fikir olmasının qənaətinə gəliblər.
Mömin yaxşılığın nümayəndəsidir. O, bir tərəfdən əməlləri ilə yaxşılığa səbəb olarkən, digər tərəfdən də hikmətli dil, gözəl nəsihət və düzgün məlumatla ətrafındakıları yaxşılığa dəvət edir. Bilik, təcrübə, qüdrət və imkanımız daxilində həmişə yaxşılığı tövsiyə edək, pislikdən çəkindirək.
Unutmayaq ki, bu, hər birimizin dini bir borcudur və insani borcudur. Yaxşılığı yaymaq, pisliyin qarşısını almaq üçün atdığımız hər addımın bir mükafatı olacağına ürəkdən inanaq.
Ali KAMAL MABOÇOĞLU-Türkiyə