Həm pul, həm də yaxşı bir iş tapılır

Ərəb telekanalı bir xəstənin əməliyyat olunması üçün 150 min dollara ehtiyacı olan xeyriyyə aksiyası keçirir.

Canlı yayım zamanı bəziləri 1000 dollar, bəziləri isə 2000 dollar verir.

Bir nəfər zəng edib deyir ki, 2 dollar verirəm.

Aparıcı “Niyə 2 dollar?”

Mənim cəmi 4 dollarım var onun yarısını verirəm, işsizəm.

Növbəti zəng edən şəxs 8000 dollar bağışlayır.

“Xəstəyə 4 min dollar, 2 dollar verən qardaşımıza isə 4 min dollar” deyir.

Sonra başqa bir zəng edən 10.000 dollar verir və xəstəyə 5.000, o qardaşa isə 5.000.

Bir saat ərzində xəstəyə lazım olan pul yığılır. İşsiz şəxs üçün də xeyli məbləğ toplanır.

Aparıcı ertəsi gün işsiz üçün proqram hazırlayır. Yığılan pulu da ona təqdim edir.

Proqram zamanı böyük şirkətlər zəng vurur.

Onlarla iş təklif edirlər və deyirlər ki, seç hansı işi istəyirsən. Beləliklə, həm pul, həm də yaxşı bir iş tapılır.

Orxan ZİYADLI

Bizimlə oxuyun
Verified by MonsterInsights