Müşahidələr sübut edir ki, türk xalqının böyük tasavvuf şairləri də öz şeirlərində xalqının səmimi tolerant, mehriban xüsusiyyətlərini bir daha bariz şəkildə ortaya qoyur. Onların bu humanist baxışları təbii ki öz qaynaqlarını türk adətləri və İslam prinsiplərindən götürmüşdür.
Qeyd etmək yerinə düşərdi ki, Türk kültüründəki tolerantlıq anlayışı Avropanın tolerantlıq anlayışından fərqlidir. Daha çox türk-İslam sintezindən bəhrələnən türk tolerantlıq anlayışı müxtəlif millətlərə və xalqlara qarşı səmimiyyəti, xoş qarşılamağı və mehribanlığı ifadə edirsə, Avropanın tolerantlıq anlayışı dinlərindəki məzhəblrarası müharibələrin dayandırılmasını, insanların həlak olmasının qarşısının alınmasını ifadə edir. Əlbəttə ki, bu həm də xalqların mənəvi xarakterlərinin, xüsusiyyətlərinin, adət-ənənələrinin göstəricisidir.
Azərbaycan xalqı qədim türk sivilizasiyasının bir parçası olaraq öz tolerantlıq mədəniyyətimizlə digər xalqlara həmişə nümunə olmuşuq. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti öz tolerant, demokratik və humanist ideyalarıyla bütün dünyaya bir nümunə olmuşdur. Azərbaycan xalqı tarixən digər millətlərlə birgə dostluq şəraitində yaşamışlar, onlara qarşı tolerant, humanist münasibətləriylə fərqlənmişlər.
Təbii ki, hər bir xalq öz soy-kökünə çox bağlıdır. Bu gün həm dövlətimiz, həm millətimiz öz tarixinə söykənərək, öz milli adət-ənənələrini daha da yüksəklərə qaldıraraq, dünyaya tolerantlıq və humanistlik nümayiş etdirir.
Zülfiyyə NOVRUZOVA