ELAZ.İNFO xəbər verir ki, bu gün Həmədan şəhərində İran məmurlarının öldürdüyü iki gəncin dəfn mərasiminə minlərlə insan qatılıb.
Bu haqda yerli mənbələr məlumat və videolar yayıblar.
Mərasimə qatılanlar hökumət əleyhinə şüarlar səsləndirib, gənclərin ölümündə günahkar olanların cəzalandırıılmalarını istəyiblər.
Qeyd edək ki, iyunun 1- axşam saatlarında SEPAH-a bağlı yarım hərbi “Bəsic” qüvvələrinin üzvləri Həmədan əyalətinin “Tarikdərə” bölgəsində üç gəncə atəş açıb, onlardan ikisi yerindəcə həlak olub.
Məlumata görə, təbiət gəzintisinə çıxan 3 gənc “Bəsic” qüvvələrinin özbaşına qurduqları yoxlama postunda saxlanılıb. Buna etiraz edən gənclərə atəş açılıb, nəticədə Mehdi Əbayi və Əlirza Kərbasi adlı gənclər güllələnərək öldürülüb, üçüncü gənc isə ağır yaralanıb.
“Bəsic” qüvvələri öldürülən gənclərin avtomobilində dronların olduğunu iddia etsə də, bu təsdiq olunmayıb.
Emin AZƏRİ Ərdəbil
