“Həlak olan qəhrəmanların övladları bütün Rusiyanın övladlarıdır”

Rusiya Prezidenti Vladimir Putin xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuş xüsusi təyinatlıların ailə üzvləri ilə görüşüb. Dövlət başçısı şəhid ailələrinə dəstəyin ailədaxili məsələ deyil, bütün ölkənin vəzifəsi olduğunu vurğulayıb.

ELAZ.İNFO xəbər verir ki, Görüş zamanı həlak olan hərbçilərin dul qalmış xanımlarına müraciət edən Putin, dövlətin onlara hər cür əlavə dəstək göstərməyə hazır olduğunu bildirib. O, çıxışı zamanı övladların gələcəyi məsələsinə xüsusi toxunaraq maraqlı bir düzəliş edib: Dövlət üçün ən vacib məsələ sizə kömək etmək – sizin övladlarınızı ayağa qaldırmaqdır. Daha doğrusu, bizim övladlarımızı… Onlar artıq bütün Rusiyanın övladlarıdır.

Prezident qeyd edib ki, vətən uğrunda canından keçən müdafiəçilərin ailələri heç vaxt diqqətdən kənarda qalmayacaq və dövlət onların sosial ehtiyaclarının qarşılanması üçün bütün imkanlarını səfərbər edəcək. “Vətən hər zaman qəhrəmanlarının ailələrinin yanında olacaq”, – deyə Rusiya lideri vurğulayıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights