Düz 14 il bundan öncə -elə bu günlərdə Suriyada əhali hökümətə qarşı etiraz aksiyalarına başladı. Bununla vətəndaş müharibəsinin başlanğıcı tarixə düşdü. Etiraz aksiyalarından sonra Suriya kimi iqtisadi və hərbi gücə malik, regionda müəyyən söz sahibi olan ölkə daxilindəki müharibə səbəbindən viranəyə çevrildi. Müharibə Suriyada olsa da, İran, Rusiya, ABŞ, Avropa ölkələri, Türkiyə və daha bir çox ölkələrin hərbi və xüsusi xidmət orqanları qarşı-qarşıya gəldilər.
Düzdür, bu gün müharibə guya rəsmən başa çatıb.
Rusiyaya arxalanan Bəşər və ətrafı elə Rusiyanın da xəyanəti nəticəsində məğlub oldu. Türkiyəyə arxalanan qüvvələr qalib gəldi…
Bir nüans da vardır ki, amma hələ də müharibənin tam bitdiyini demək olmur. Hələ də lokal döyüşlər gedir. Yəni, hələ də Suriyanın başı üstündə qara buludlar dolanır.
Natəvan BƏYDİLİ