Həkimlərdən vacib xəbərdarlıq

ELAZ.İNFO xəbər verir ki, havaların soyuması ilə əlaqədar ölkə ərazisində mövsümi qrip və kəskin respirator infeksiyalara yoluxma hallarında artım müşahidə olunur. Tibbi mütəxəssislər xüsusilə qapalı məkanlarda havalandırmanın az olması səbəbindən virusların daha sürətlə yayıldığını bildirirlər.Həkimlər immuniteti gücləndirmək üçün təbii qidalara üstünlük verməyi, bol maye qəbul etməyi və kütləvi yerlərdə gigiyena qaydalarına ciddi əməl etməyi tövsiyə edir. “Mövsümi qrip adi görünsə də, vaxtında müalicə olunmadıqda ciddi fəsadlar verə bilər”, – deyə mütəxəssislər xəbərdarlıq edir.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights