Həkim və pasiyentlərin həmrəylik veloyürüşü keçiriləcək

Dünya Hemofiliya Günü ilə əlaqədar aprel ayı müddətində müxtəlif formatlarda silsilə tədbirlər keçirilir.

ELAZ info xəbər verir ki, 27 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə işçiləri Həmkarlar İttifaqının, TƏBİB-in, Pirallahı Tibb Mərkəzinin, Tibbi Reabilitasiya Mərkəzinin, Azərbaycan Əlil Velosipetçilərə Dəstək İctimai Birliyinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası təşkilatçılığı ilə Dünya Hemofiliya Gününə həsr edilmiş həkim və eyni zamanda pasiyentlərin həmrəylik veloyürüşü keçiriləcək.

Xatırladıram ki, bu formatda veloyürüş ilk dəfə keçirilir. Keçiriləcək tədbirin məqsədi həkim və pasiyentlərin həmrəyliyini göstərməkdir. Həm də xəstəliyə maksimum diqqəti cəlb etmək və hemofiliyanın müalicəsində fiziki idmanın mühüm yer almasını nümayiş etdirməkdir.

Esmira RƏHİMOVA

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights