ELAZ.İNFO xəbər verir ki, 20 iyun Azərbaycan Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anım günüdür.
1992-ci ildə könüllü olaraq cəbhəyə yollanan Gültəkin əvvəlcə Turşsuda, sonra Şuşada gedən döyüşlərdə iştirak edib. Şuşanın işğalından sonra Laçının, Qubadlının müdafiəsində həkim kimi döyüşçülərə yaxından köməklik göstərib.
Gültəkin Əsgərova 1992-ci ilin bu günü Aranzəmin – Naxçıvanik istiqamətində gedən ağır döyüşlərdə şəhid olub.
Məkanı cənnət olsun!
Əli İBRAHİMOV
