Həbs olunan iki nəfər azadlığa buraxıldı

ELAZ.İNFO xəbər verir ki, Naxçıvanda N saylı hərbi hissəsinin əsgəri Ceyhun Hüseynovun qətlinə görə həbs olunan iki nəfər azadlığa buraxılıb. Bu haqda qərarı yerli Ali Məhkəmə çıxarıb.

Qərara əsasən onların aldığı həbs cəzası şərti caza ilə əvəzlənib. Qətldə ittiham olunan Samit Həziyev 2 il, Aydın Quliyev isə, 1 il 6 ay sınaq müddəti ilə şərti azadlığa buraxılıblar.

Məlumat üçün bildirək ki, Əsgər Ceyhun Hüseynov ötən ilin iyununda Ermənistanla həmsərhəd Cünnüt kəndi istiqamətində itkin düşmüşç daha sonra bu ərazidə onun meyidi tapılmışdı. Bu qətlə görə hərbi hissə komandiri Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyev həbs olunmuşdu. Hərbi məhkəmənin qərarı ilə komandir 4, xidmət rəisi isə 3 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Günel Güntac

Bizimlə oxuyun
Verified by MonsterInsights