Həyəcan təbili çalınır- Keyfiyyətli içməli su qıtlığı yaranır

İstifadə etdiyimiz su hansi xəstəliklərə səbəb ola bilər?

ELAZ.İNFO xəbər verir ki, ölkəmizdə bir sıra şəhərlər istisna olmaqla, ölkəmizin bütün vətəndaşları içməli suyu öz səyləri nəticəsində əldə edirlər.  Artıq bəzi qida -ərzaq malları kimi, zəruri tələbata çevrilən su da öz keyfiyyətsizliyi ilə insanlarda narahatlıq yaradır.

Yeri gəlmişkən bildirim ki, keyfiyyətli, içməli su sarıdan əziyyət çəkən Salyan camaatının bir hissəsi suyu ya hansısa bir vasitə ilə tikdikləri daş çənə vurur, bəziləri isə su maşınlarından pulla almaqla su təminatlarını ödəyirlər.

Əlbəttə, bu suların mənşəyi, mənbəyi, mühafizəsi barədə, elmi şəkildə mülahizə yürütmək istəmirəm, amma onu deyə bilərəm ki, Salyan bölgəsində istifadə edilən durulaşdırılmış, su daşından süzülmüş Kür suyu 650 700 PH göstərir.

Bu məqamda sizə öz şəxsi cihazımla əldə etdiyim su göstəricilərini təqdim edirəm:

Duruldulmuş Kür suyu -673 PH

Su daşından süzülmüş Kür suyu -620PH

Quyu suyu, yəni yer altı qrunt suları -112 PH

Marketdən alınan qazssız su -076PH

Təbii ki, Kür suyunun tərkibində olan zəngin minerallarla yanaşı, çirkliliyi də danılmazdır. Ələlxüsus, su həyat mənbəyi olmaqla yanaşı, bir çox xəstəliklərə də yol aça bilər.

Bildiyiniz kimi insan orqanizmində böyrəklərin rolu əsasən qəbul etdiyimiz suları filtir edib, orqanizmə təmiz PH ötürməkdir. Böyrəkdən süzülməyən, qalan zərərli maddələr böyrəklərin vaxtından qabaq zədələnməsinə səbəb ola bilər ki, bu da gələcəkdə təhlükəli xəstəliklərin baş verməsinin göstəricisidir.

Təmizlənməmiş su insanda yaranan xəstəliklərin 80 faizi üçün səbəb ola bilər. Qarın boşluğu xəstəliklərindən yaranan ölüm hallarının səbəbinin 88 faizini keyfiyyətsiz sudan istifadə təşkil edir.

İnsan orqanizmində su oksigendən sonra ikinci yeri tutur. Qanımızın 92 faizi sudan ibarətdir. İnsan beyninin 75, sümüklərinin isə 22 faizini də su təşkil edir. Əgər insan bədənindəki suyun 2 faizini itirirsə, o zaman susuzluq hiss edir. İtki 6–8 faiz arası olanda bədbin əhvali-ruhiyyə, 10 faizə çatanda hallusinasiya halı yaşanır, 12 faizdə isə ölüm baş verir. Yeməksiz 6 həftə yaşaya bildiyimiz təqdirdə, susuz bu, cəmi bir neçə gün mümkündür.

PH<7 – turş mühitdir,

PH=7 – neytral mühitdir,

PH> – qələvi mühitdir.

Bir məlumatı da diqqətinizə çatdırım ki, bir stəkan qazlı sudan sonra 30 stəkan adi su içmək lazımdır ki, orqanizmdəki turşu-qələvi balansı bərpa olunsun.

Sonda hamınıza su qədər ömür, 0 PH həyat yolu arzu edirəm.

Ruslan MƏMMƏDOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights