Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib

ELAZ.İNFO Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində könüllü qanvermə aksiyası təşkil edilib. 
Talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması məqsədilə keçirilən aksiyada hərbi hissənin şəxsi heyəti iştirak edib. Donorlar Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının səyyar tibb briqadası tərəfindən müayinə olunduqdan sonra onlardan qan götürülüb.
Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan sonra Respublika Talassemiya Mərkəzinə təhvil veriləcək.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights