“Tarix kimin ürəyində sevgi ilə yazılarsa o Guri Əmirdir”.
Səmərqənd şəhərinin ürəyində, Registan yaxınlığında yerləşən bu böyük məqbərədə Əmir Teymur və onun övladlarının silinməz xatirəsi qorunub saxlanılır.
Bu sirlə-sehirlə dolu məqbərə nə vaxt tikilib?
Məlumat üçün bildirim ki, bu tarixi memarlıq incisi 1404-cü ildə Teymurun sevimli nəvəsi Məhəmməd Sultan üçün tikilmişdir.
1405-ci ildə Xanzadə Əmir Teymurun özü də burada dəfn olunub.
Burada kimlər dəfn olunub?
Teymurun övladları və digər qohumları da burada dəfn edilib.
Memarlıq üslubu:
Məqbərə göy və qızılı rəngli nəbati motivlərlə bəzədilib, günbəzinin hündürlüyü 32 metrdir.
Günbəzin çöl tərəfində “Allahdan başqa ilah yoxdur” yazılmış yazılar vardır.
Guri əmir və sirli talelər
1941-ci ildə sovet arxeoloqları Əmir Teymurun məqbərəsini açanda məzarın üzərindəki yazıda “Kim bu türbəni dağıdarsa, onun başına müharibə və fəlakətlər gələcək” yazılıb. Məzarın açılmasından bir neçə gün sonra – İkinci Dünya Müharibəsi başlanmışdı.
Almaniya Sovetlər İttifaqına hücum etmişdi…
Nozima RZAYEVA -Özbəkistan-Səmərqənd