Baku TV artan metro qiymətləri ilə bağlı xəbər paylaşıb ki, bəs qiymətlər Cənubi Qafqazda ən münasibdir.
Sitat : Bakı sərnişinlərinin oktyabrın 1-dən ödəyəcəyi gediş haqqı digər ölkələrlə müqayisədə hələ də daha münasibdir. Məsələn,
-Tbilisidə hazırda 1 lari (0,63 manat),
-Yerevanda – 0,67 manat təşkil edir, bu isə Azərbaycanın paytaxtında tətbiq olunacaq tarifdən yüksəkdir.
Baku TV -də bu xəbəri hazırlayan ya həqiqətən savadsızdır yada ki, bilərəkdən yalan xəbər yayır.
Əslində isə:
1. Tbilisidə metronun qiyməti 1 lari ( 63 qəpik ) olsada, bu 1 gediş ilə 90 dəqiqə (1.5 saat) ərzində təkrarən 2-3 dəfə pulsuz istifadə imkanı yaradır .
Yəni, Əhmədlidən metroya minən Gürcü vətəndaş 20 yanvarda düşüb avtobusa pulsuz minərək Xırdalana gedə bilir. Yəni o 63 qəpiklə.
Eyni zamanda Gürcüstanda həftəlik, aylıq və illik xüsusi kartlar varki, onları alaraq vətəndaş daha ucuz nəqliyyatdan istifadə edə bilər.
Günlük limitsiz – 3 lari ( 1 manat 89 qəpik )
Həftəlik limitsiz – 20 lari ( 12 manat 60 qəpik )
Aylıq limitsiz – 40 lari ( 25 manat 20 qəpik )
3 aylıq limitsiz – 100 lari ( 63 manat )
6 aylıq limitsiz – 150 lari ( 95 manat )
İllik limitsiz – 250 lari ( 158 manat )
Müqayisə üçün Azərbaycanda bir tələbə , evindən avtobus ilə metroya oradan da qatar ilə təhsil müəssəsinə getmək və eyni marşrut ilə qayıtmaq üçün 2 manat 40 qəpik ( 60 qəp × 4 ) edəcək.
Bunuda həftənin 5 gününə vursaq edəcək – 12 azn, aylıq isə 48 manat edəcək.
Halbuki Gürcüstanda bu göstərici aylıq 25 manatdır. Üstəlik də limitsiz.
Kamran MƏMMƏDLİ