Gürcüstan Prezidenti Türkiyədədir

ELAZ.İNFO xəbər verir ki, dünən Gürcüstan prezidenti Kavelaşvili Türkiyəyə rəsmi səfərə gedib.

Türkiyə və Gürcüstan Prezidentləri ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Türkiyə və Gürcüstan iki strateji tərəfdaşdır. Biz son illərdə 3 milyard dollarlıq ticarət hədəfinə çatdıq və yeni 5 milyard dollarlıq hədəfə doğru inamla irəliləyirik. Gürcüstanın yaratdığı əlverişli mühit sayəsində ölkədə 2000-dən çox şirkətimiz fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu bizim üçün əsas dəhlizdir”.

Prezident Ərdoğan onu da qeyd edib ki, “Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik. Türkiyə və Gürcüstan olaraq bölgəmizdə əməkdaşlıq və sülh üçün çiyin-çiyinə çalışacağıq. Bu baxışımız təkcə bugünü deyil, gələcəyi də qurmaq əzmimizdən xəbər verir. Ahıska türklərinin sağ-salamat və şərəfli vətənlərinə qayıtmaları üçün ümidlərimiz böyükdür. Biz bu işdə Türkiyə olaraq dəstəyimizi davam etdirəcəyik”.

“ƏRDOĞANIN SÜLHƏ TÖHFƏSİ BÖLGƏ ÜÇÜN ÇOX ƏHƏMİYYƏTLİDİR”

Gürcüstan prezidenti Kavelaşvili söyləyib ki, “Türkiyə ilə strateji ortaqlığımız və dostluğumuz var. Regional və beynəlxalq mövzularda fikir mübadiləsi apardıq. Mən də dövlət başçısını Gürcüstana dəvət etdim. Türkiyənin dəstəyi Gürcüstan üçün, xüsusilə ərazi bütövlüyü və suverenliyi baxımından son dərəcə əhəmiyyətlidir. Prezident Ərdoğanın sülhə verdiyi töhfə bölgə üçün çox önəmlidir”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights